logo

Paytaxtda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

11:01 20-05-2022 | icon 1806
Paytaxtda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

Mayın 19-da saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.