logo

Şahin Mustafayev İranın neft naziri ilə görüşüb

21:13 19-05-2022 | icon 3773
Şahin Mustafayev İranın neft naziri ilə görüşüb

Mayın 19-da İranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Övci ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, müştərək layihələrin iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərara alınıb.