logo

QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklif edilib

12:12 19-05-2022 | icon 2100
QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklif edilib

Hər il Qeyri-hökümət təşkilatları(QHT) ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir.

YeniAvropa xəbər verir ki, bu barədə bunu Prezident Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib.

O bildirib ki, bu il də müxtəlif təkliflər verilib: "Təkliflər QHT-lərə qeydiyyatın sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib".