logo

Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək

12:02 19-05-2022 | icon 1554
Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir təşkil olunur və gələcəkdə hər il keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva məlumat verib.

O bildirib ki, forum iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək: "Bu məqsədlə gələn ildən hər il Azərbaycan və Türkiyədə belə forum keçiriləcək".