logo

Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq

11:55 19-05-2022 | icon 1526
Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq

Bu gün Biləsuvar, Balakən və Şəmkir rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində mayın 19-da planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatana qədər “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatana qədər “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.