logo

Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

10:30 19-05-2022 | icon 3241
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında Avropa çempionatına start veriləcək.

YeniAvropa xəbər verir ki, 42 ölkədən 340 taekvondoçunun iştirak etdiyi qitə çempionatında 13 idmançı ilə təmsil olunan Azərbaycan komandasının dörd üzvü yarışın ilk günündə mübarizəyə qoşulacaq.

Kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (63 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Röya Hacıyevanın (53 kq) rəqibləri artıq məlumdur. Belə ki, Səyyad Dadaşov xorvatiyalı Josip Teskera, Qaşım Maqomedov ukraynalı Volodimir Bıstrova, Patimat Abakarova almaniyalı Suparada Kisskalta, Röya Hacıyeva isə danimarkalı Luise Lingbaek ilə qarşılaşacaq.

Eyni zamanda parataekvondo üzrə Avropa çempionatı da başlayır. Beş idmançı ilə yarışda iştirak edən millinin iki üzvü Sabir Zeynalov (58 kq) və Röyalə Fətəliyeva (47 kq) bu gün dayanq üzərinə çıxacaqlar. S.Zeynalovun ilk rəqibi özbəkistanlı Sanjarbəy Muntorov olacaq. R.Fətəliyeva isə türkiyəli Nurcihan Ekinci ilə gücünü sınayacaq.

Qeyd edək ki, çempionatda 12 ölkədən 60 parataekvondoçu medallar uğrunda yarışacaq.