logo

Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib

20:40 18-05-2022 | icon 4417
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib

Mayın 18-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İsrail biznes forumu keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50 şirkət iştirak edib.

Biznes forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.

İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrina Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də aqrar sektorda həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.