logo

İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar

20:10 18-05-2022 | icon 728
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir.

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Litva prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında söyləyib.

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlət başçısı deyib: “ Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.

Prezident İlham Əliyev qeyd edib ki, həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə olunub.