logo

Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb

19:12 18-05-2022 | icon 2520
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov mayın 18-də Litva Respublikasının prezidenti Gitanas Nauseda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulandı.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.