logo

Təhsil sahəsində Azərbaycan-Litva əməkdaşlığı müzakirə edilib

12:52 18-05-2022 | icon 5929
Təhsil sahəsində Azərbaycan-Litva əməkdaşlığı müzakirə edilib

Mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov Litva Respublikasının təhsil, elm və idman nazirinin müavini Gintautas Yakştisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası və Litva Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin vacibliyini vurğulayaraq, ikili diplom proqramlarının həyata keçirilməsi istiqaməti üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.