logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür

20:30 17-05-2022 | icon 5054
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür

Azərbaycanda son sutkada 3530 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 367, ikinci doza vaksinlərin sayı 487 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2412-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 olub.

Qeyd edək ki, ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 691 min 178, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 344 min 206, ikinci doza vaksinlərin sayı 4 milyon 844 min 534 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 259 min 32, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 min 406 olub.