logo

Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb

17:47 17-05-2022 | icon 7560
Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb

İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər və ya 0,1 faiz artaraq aprel ayının 1-i vəziyyətinə 10 milyon 167 min 178 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki,  əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib. Kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub.