logo

Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”

16:11 17-05-2022 | icon 10640
Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”

“Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Qərb Rusiyanın istədiyi kimi yaşamağına mane olmaq üçün hər şeyi etməyə hazırdır. ABŞ Rusiyaya düşmən dövlətə çevrilib. Rusiya öz qələbəsinə və məqsədlərinə çatacağına əmindir. Rusiya siyasi, iqtisadi və informasiya baxımından təcrid olna bilməz”, - deyə o,  bildirib.

D.Peskov vurğulayıb ki, müharibə sülhlə başa çatacaq: "Lakin bu sülh Rusiyanın səsinin eşidiləcəyi sülh olacaq".