Siyasi dialoq: Ədalət Vəliyev ANAP sədri ilə görüşüb
Mayın 17-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə son illər ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi prosesinin davam etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və ölkəmizdə fəaliyyət göstərən bütün əksər siyasi güclərin cəlb olunduğu siyasi dialoq prosesinin əhəmiyyəti haqqında danışan şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, bu proses ali siyasi iradənin ifadəsidir və bu prosesin davamlı olması dövlətçiliyimizin möhkəmlənməsi baxımından çox önəmlidir.
Şöbə müdiri Ədalət Vəliyev prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, postpandemiya dövründə ölkəmizin iqtisadi gücünün artırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımların müsbət nəticələri, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri barədə danışıb və bu çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirak etmək istəklərini yüksək dəyərləndirib.
Görüş zamanı Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Vətən müharibəsi Zəfəri və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfə verdiyini, haqlı mübarizədə dünya dövlətlərinin ölkəmizi dəstəklədiyini vurğulayıb və bunun Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin əsas səbəbi olduğunu bildirib. Ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu, həmçinin siyasi dialoqun dövlətçilik, milli birlik üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Abutalıb Səmədov bu istiqamətdə rəhbərlik etdiyi partiyanın ümumi işə daim dəstək vermək istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.
Tərəflər siyasi dialoq prosesi çərçivəsində gündən-günə inkişaf edən və davamlı şəkil alan əməkdaşlığın qısa zamanda müsbət nəticələr verdiyini, bunun gələcəkdə ölkəmizə qarşı baş verə biləcək xarici təhdidlərin aradan qaldırılması üçün xalqımızın birliyini simvolizə edəcəyinə əminlik ifadə edib.
Sonda Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ölkədə aparılan siyasi dialoq prosesinin inkişafına xidmət edən görüşə dəvət edildiyi üçün öz təşəkkürünü bildirib.
Aİ-nin prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır
İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı
3 rayonda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək
Sabah Bakıda 33° isti olacaq
Allahşükür Paşazadə Londana gedir
Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub
İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
"Şahdağ"da qar yağıb
Yevlaxda polis əməkdaşına xəsarət yetirən şəxslərə cinayət işi başlanıb
"Azercell" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Öötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Ceyhun Bayramov İrana rəsmi səfərə gedib
Çempionlar Liqası:"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirində I olub
Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir
Kraliça II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza verib