Bu ay Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli iclasının keçirilməsi ilə bağlı ilkin razılıq əldə olnub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildiriblər.
Qeyd edilib ki, mayın sonunadək Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun toplantısının keçirilməsinə dair ilkin razılıq əldə edilib.
Hazırda görüşün dəqiq tarixi razılaşdırılır.