logo

Ötən ay paytaxtda törədilən qətlin üstü açılıb

10:12 17-05-2022 | icon 2884
Ötən ay paytaxtda törədilən qətlin üstü açılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Nərimanov rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, mayın 6-sı saat 11 radələrində Nərimanov rayonu Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlinin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.