logo

Putin MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini təklif edir

16:56 16-05-2022 | icon 3661
Putin MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini təklif edir

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında(KTMT) müşahidəçi statusu vermək təklifini irəli sürüb.

YeniAvropa xəbər verir ki, bu təkliflə V.Putin KTMT-nin Moskvada keçirilən sammitində çıxış edib. O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv ölkələrlə qarşılıqlı fəaliyyəti artırmaq lazımdır. Bu baxımdan, MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini müzakirə etmək yerinə düşərdi.

Rusiya prezidenti, həmçinin KTMT liderlərinin görüş çərçivəsində birgə bəyanat imzalayacaqlarını qeyd edib.