logo

Göygöldə ağır avtoqəza:  bir ailədən  3 nəfər ölüb, 4 nəfər yaralanıb

17:13 10-07-2018 | icon 3416
Göygöldə ağır avtoqəza:  bir ailədən  3 nəfər ölüb, 4 nəfər yaralanıb

Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb. YeniAvropa xəbər verir  ki, hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlər: Fuad Aydınzadə (1988), Bənövşə Aydınzadə (1963), Nuray Aydınzadə (7 aylıq).

Yaralılar: Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008), Aydınzadə Zəhra (2011).

"Report"un məlumatına görə, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.