logo

Bakıdan Naxçıvana uçan təyyarə yarı yoldan geri qayıtdı

10:30 16-05-2022 | icon 3066
Bakıdan Naxçıvana uçan təyyarə yarı yoldan geri qayıtdı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.

Qeyd edilib ki, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.