logo

Paşinyan Moskvada Putinlə görüşəcək

10:10 16-05-2022 | icon 1666
Paşinyan Moskvada Putinlə görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı “Aysor” yayıb.

Hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək.

Onun səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir.

Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.