Azərbaycan və Türkiyə prezidentləri Rize-Artvin Hava Limanının açılışda iştirak ediblər
Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.
Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.
Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib.
Rize-Artvin Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəliblər.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.
Sonra birgə foto çəkdirilib.
Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.
Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.
Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.
Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.
Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.
“Baktelecom” tariflərini dəyişib
"Google"də Qarabağın xəritəsində yenilənmə işləri aparılır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 859 min nəfəri ötüb
İlham Əliyev Əlcəzairin xarici işlər nazirini qəbul edib
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Güləşçisimiz Alyona Kolesnik İslamiadada ikinci olub
Bakıda Azərbaycan-Əlcəzair əməkdaşlıq münasibətləri müzakirə olunub
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Futbol üzrə dünya çempionatı erkən başlaya bilər
Fəridə Əzizova İslamiadada komandamıza növbəti medal qazandırıb
Bakıda mənzildə kişi meyiti tapılıb
Əlcəzair Azərbaycanla iqtisadi əməkdaşlığa maraqlıdır
Sabah Bakıda 35° isti olacaq
Azərbaycanla Əlcəzair arasında iki sənəd imzalanıb
UEFA Çempionlar Liqası: "Qarabağ"-"Viktoriya" ilk oyununu Bakıda keçirəcək
Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb
Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi
V İslam Həmrəyliyi Oyunları: Azərbaycan daha bir medal qazandı
Nəsimi rayonunda döyüş əl qumbarası tapılıb
UEFA Super Kuboku: Bu gün “Real Madrid” “Ayntraxt”la qarşılaşacaq
Əlcəzairin xarici işlər naziri Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Azərbaycan nefti 98,91 dollara satılır
Bakıda 14 yaşlı qızlar itkin düşüb
"Qarabağ" Vətənə qayıdıb