logo

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

11:33 14-05-2022 | icon 693
Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,səfər çərçivəsində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.