logo

Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxdu

17:14 13-05-2022 | icon 4557
Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 9 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 890 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 65 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 658, bu günə qədər isə ümumilikdə 6 milyon 847 min 892 test icra olunub.