logo

İrəvanda müxalifətin növbəti yürüşü keçirilir

16:56 13-05-2022 | icon 3619
İrəvanda müxalifətin növbəti yürüşü keçirilir

Ermənistan müxalifətinin bir neçə min tərəfdarı parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılığı ilə bu gün günortadan sonra İrəvanın mərkəzi küçələrində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüşə başlayıb.

YeniAvropa erməni mətbuatına istinadla əbər verir ki, etiraz aksiyası yerli informasiya portallarında canlı yayımlanır. Yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər. Onları gücləndirilmiş polis naryadı müşayiət edir.

Bir qədər əvvəl etirazçıların hökumət binalarının üçüncü korpusunda girişləri blokladığı barədə xəbərlər yayılıb. Bu korpusda Ermənistanın bir sıra nazirlikləri yerləşir. Axşam isə Fransa meydanında müxalifətin böyük mitinqi gözlənilir.

Xatırladaq ki, mayın 11-də keçirilən yürüşün gedişində şəhər meriyasının binası bloklanmışdı.

Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.