logo

Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxub

19:20 12-05-2022 | icon 1764
Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 883 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 63 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 915, bu günə qədər isə ümumilikdə 6 milyon 845 min 234 test icra olunub.