logo

Tahir Əmiraslanovun yerinə Orxan Fikrətoğlu təyin edilib

18:14 12-05-2022 | icon 3311
Tahir Əmiraslanovun yerinə Orxan Fikrətoğlu təyin edilib

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki, bu vəzifəyə tanınmış  yazıçı,  ssenarist,  rejissor,  jurnalist, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu təyin olunub.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva saytımıza açıqlamasında təyinatı təsdiqləyib: "Aprelin 11-dən etibarən Milli Kulinariya Mərkəzinin rəhbəri Sadıqov Orxan Fikrət oğludur". 

Tahir Əmiraslanov isə yerli KİV-ə açıqlamasında bildirib ki, mərkəz barəsində danışmaq istəmir: "Bu qurum Dövlət Turizm Agentliyinə tabedir. Onlar kimi çıxarıb, kimi vəzifəyə təyin ediblər - özlərindən soruşun. Mən 31 il orada rəhbər idim. Bu məsələ ilə bağlı adımın hallanmasını, şərh verməyi istəmirəm".

Tahir Əmiraslanov özünün rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyasında fəaliyyətinə davam edəcəyini bildirib.