logo

Dünya Bankının prezidenti koronavirusa yoluxub

22:12 11-05-2022 | icon 2079
Dünya Bankının prezidenti koronavirusa yoluxub

Dünya Bankının prezidenti Devid Malpass koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters"ə istinadən xəbər verir.

Belə ki, bank rəhbərinin COVID-19 testi müsbət çıxıb.

66 yaşlı D.Malpass tam peyvənd olunub, koronavirusun yüngül simptomlarını yaşayır və evdən işləməyə davam edir.