logo

Belarus vətəndaşının aşırdığı yüklə dolu "DAF" iki gündür Biləsuvarda yolun kənarında qalıb

15:30 11-05-2022 | icon 1575
Belarus vətəndaşının aşırdığı yüklə dolu "DAF" iki gündür Biləsuvarda yolun kənarında qalıb

Biləsuvar rayonunda qəzaya düşən yük avtomobili iki gündür aşmış vəziyyətdə yolun kənarında qalıb.

YeniAvropa xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Belarus vətəndaşının idarəetdiyi "DAF" markalı yük avtomobili mayın 10-da hərəkətdə olan zaman qəzaya düşərək yolun kənarına aşıb.

İki gündür yüklə dolu avtomobili hadisə yerindən götürmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.