logo

Məhkəmə Bakıda arvadını qətlə yetirən şəxsə 16 il yarım cəza kəsdi

15:15 11-05-2022 | icon 1540
Məhkəmə Bakıda arvadını qətlə yetirən şəxsə 16 il yarım cəza kəsdi

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərova hökm oxunub və o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

YeniAvropa xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.