logo

Türkiyə- Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəlib

22:44 10-05-2022 | icon 1946
Türkiyə- Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəlib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mayın 10-da Türkiyəyə dövlət səfərinə gəlib.

YeniAvropa  xəbər verir ki, Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib, sonra iki qardaş ölkəni təmsil edən heyətlər görüşüblər.

Bu görüşlərdən sonra dövlət başçılar birgə mətbuat konfransı keçiriblər.

Türkiyə ilə Qazaxıstan arasında münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldən siyasi bəyanat imzalanıb.

Türkiyə və Qazaxıstanın dil, din və mədəniyyət ortaqlığını yüksək dəyərləndirən əminliklə bildirib ki, birgə atacağımız addımlar sayəsində iki ölkə arasında illik ticarət dövriyyəsini 10 milyard dollara yüksəldəcəyik.

Qazaxıstan və Türkiyənin Avrasiyada sülhün bərqərar olmasına xüsusi önəm verdiyinə diqqəti çəkən prezident Kasım-Jomart Tokayev bildirib ki, hər iki ölkə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin potensialından daha səmərəli istifadə etməyə üstünlük verir.

Liderlər ifadə ediblər ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi və perspektivlər ətrafında səmərəli müzakirələr aparılıb. Dövlət başçıları bildiriblər ki, Ankarada imzalanan sənəd Türkiyə-Qazaxıstan münasibətlərini strateji ortaqlıq səviyyəsinə yüksəldib.