logo

İlham Əliyev və xanımı Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

12:42 10-05-2022 | icon 9359
İlham Əliyev və xanımı Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.