logo

Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanıb

20:46 09-05-2022 | icon 1540
Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanıb

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında deyib.

O,qeyd edib ki, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Faktla bağlı bütün zəruri tədbirlərin görüldüyü onun diqqətinə çatdırılıb.

“Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”, - deyə o, bildirib.