XİN faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı bəyanat yayıb
2022-ci il mayın 9-da İkinci Dünya müharibəsində Qələbənin 77 ili tamam olur. Bu münasibətlə, bəşər tarixinin dəhşətli savaşlarından sayılan müharibədə qələbənin əldə edilməsində əvəzsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.
YeniAvropa xəbər verir ki, bu, 9 May - faşizm üzərində Qələbə Günü ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilir ki, bu Qələbənin əldə edilməsində Azərbaycan xalqının önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.
Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib.
“Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə qeyd edir. Beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, beynəlxalq hüquq və ədalət uğrunda mübarizəni hər zaman dəstəkləyir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, habelə 1941-1945-ci illər müharibəsində canından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir
Kraliça II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza verib
Sabah Bakıda 33° isti olacaq
Azay Quliyev yenidən ATƏT PA-nın “İpək yolu”na dəstək qrupunun sədri seçilib
Havanın temperaturu 40°-dək yüksələcək
Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb
“Bayraktar AKINCI” daha bir rekorda imza atıb
Türk Dövlətləri Təşkilatı ölkələri beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb
Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazanıb
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 356 min nəfəri ötür
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub
Müğənni Xan Bəyli və DJ Fateh “Azercell” ilə canlı yayımda
Bakı qarnizonunda əsgər texniki qəza nəticəsində həlak olub
Azərbaycanla Hindistan ikiqat vergini aradan qaldıracaq
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"
Zakir Həsənov xidməti müşavirə keçiib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 125,30 dollara satılır
Azərbaycan polisi 104 yaşında!
İranda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub