logo

Kanadanın baş naziri Ukraynaya səfər edib

19:29 08-05-2022 | icon 2156
Kanadanın baş naziri Ukraynaya səfər edib

Kanadanın baş naziri Castin Trüdo Ukraynaya səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Kanadanın baş naziri Rusiya hərbçilərinin törətdiyi qəddarlıqları şəxsən görmək üçün İrpen şəhərində olub.

"O, Rusiya işğalçılarının şəhərimizə törətdiyi bütün dəhşətləri öz gözləri ilə görmək üçün İrpenə gəldi. Və əlbəttə ki, şoka düşdü. Axı o, hərbi obyektlərin yandırıldığını və tamamilə dağıldığını yox, bu yaxınlara qədər həyatdan zövq alan, gələcək üçün planlar quran İrpen sakinlərinin evlərini görüb", - deyə İrpen şəhərinin meri Aleksandr Markuşin "Teleqram" hesabında yazıb.