logo

Qaradağ sement zavodundakı partlayışda 1 nəfər ölüb

09:49 07-05-2022 | icon 1442
Qaradağ sement zavodundakı partlayışda 1 nəfər ölüb

Mayın 6-sı saat 03 radələrində Qaradağ rayonu Salyan şosesində yerləşən sement zavodunda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Qaradağ rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Sakit Abdullayevin yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğu, nəticədə baş vermiş partlayışın təsirindən təkərin diskdən ayrılaraq onun baş nahiyəsinə dəydiyindən həmin şəxsin hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.