logo

Havada toz dumanı müşahidə olunur

18:58 06-05-2022 | icon 1547
Havada toz dumanı müşahidə olunur

Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda normadan 2,2 dəfə çox olub.

YeniAvropa xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova qeyd edib ki, müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidir. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır. Küləkli hava şəraiti ilə əlaqədar olaraq yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.