logo

"G7" ölkələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

17:57 06-05-2022 | icon 1687
"G7" ölkələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

“Böyük yeddilik”(G7) ölkələri Rusiyaya qarşı yeni mümkün sanksiyaları mayın 8-də müzakirə edəcək.

 YeniAvropa "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, müzakirələr sanksiyaları koordinasiya etməyə kömək göstərəcək. Mənbələrin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski tədbirdə iştirak etməyə dəvət olunub.

Bundan əvvəl "DPA" agentliyi Almaniya hökumətinin nümayəndəsinə istinadla məlumat yayıb ki, Volodimir Zelenski bazar günü “Böyük yeddilik” liderlərinin onlayn konfransının gedişində Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Sanksiyaların əhatə dairəsi getdikcə genişlənir.