logo

Nərimanov rayonunda mənzildən cəsəd tapılıb

12:52 06-05-2022 | icon 1659
Nərimanov rayonunda mənzildən cəsəd tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.