logo

Bakıda rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfrans işə başlayıb

10:30 06-05-2022 | icon 11410
Bakıda rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfrans işə başlayıb

Bakıda rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfrans keçirilir. “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu və çox sayda tərəfdaş ölkənin kənd təsərrüfatı nazirləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

YeniAvropa xəbər verir ki,  konfrans çərçivəsində “Kənd təsərrüfatında elektron hökumət xidmətləri – kənd yerlərinin inkişafı, rəqəmsallaşma və modernləşməyə keçid nöqtəsi”, “Rəqəmsal kənd təsərrüfatının sürətləndirilməsi: problemlər, perspektivlər və məlumat üçün davamlı yollar, əlçatanlıq və etik istifadəsi” mövzularında panel müzakirələr aparılacaq, “Kənd təsərrüfatında rəqəmsallaşma: irəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr” mövzusunda nazirlərin dəyirmi masası təşkil olunacaq.