Bakı metrosunda qatarların hərəkət qrafikinə dəyişiklik olunub
Bakı metrosunda qatarların hərəkət qrafikinə dəyişikliklər edilib.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının mərhələli qərarları ilə pandemiya şəraitində həyata keçirilən bir sıra yumşalmalarla əlaqədar Bakı Metropolitenində sərnişin sayı və axınında da müvafiq artım və dəyişikliklər baş verir.
Verilmiş qərarları diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla aparır. Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas tərkib hissələrindəndir.
Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının müvafiq monitorinqləri əsasında, qatarların hərəkət qrafikinə müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s. araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılır.
Ümumən, aprel ayı ərzində Bakı metropoliteni güzəştli və ödənişli olmaqla 17 milyon 894 min 748 sərnişin daşıyıb. Bu, orta statistik hesablama ilə gün ərzində 596 min 492 sərnişin deməkdir.
Ümumən mart və aprel aylarının iş günləri ərzində metropoliten orta hesabla gündəlik 600 mindən artıq sərnişin daşıyıb. İstirahət günlərində isə şənbə, bazar və bayram günlərinin xüsusiyyətlərindən asılı olaraq, bu rəqəm əsasən 300-500 min civarında dəyişir.
Ümumilikdə, metropoliten gün ərzində orta hesabla yanvar ayında 480 min 8, fevral ayında 517 min 32, mart ayında 525 min 112 sərnişin daşıyıb.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir