logo

Qəbələdə intihar: 57 yaşlı kişi özünü fındıq ağacından asdı

13:33 04-05-2022 | icon 1603
Qəbələdə intihar: 57 yaşlı kişi özünü fındıq ağacından asdı

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1965-ci il təvəllüdlü Nəbi Ziyad oğlu Hacıyev özünü həyətyanı sahəsindəki fındıq bağında ağacdan asıb. İntiharın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.