Sabah Bakıda arabir yağış yağacaq, 22° isti olacaq
Azərbaycanda mayın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya XidmətindənYeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə duman olacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14°, gündüz 19-22° isti, Bakıda gecə 12-14°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Azərbaycan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 17-22° isti olacağı proqnozlaşdırılır.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-12° isti olacağı bildirilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-20° isti, dağlarda gecə 0-5°, gündüz 6-10° isti olacağı gözlənilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 20-25° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-14°, gündüz 16-20° isti, dağlarda gecə 7-9°, gündüz 12-14° isti olacağı ehtimal edilir.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir