Mayın 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iş proqramında qeyd edilib.
Bildirilib ki, iclas ABŞ-ın sədrliyi ilə baş tutacaq.
Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın baş katibi Antoniu Quterreşin Ukraynaya səfərinin də müzakirə olunacağını bildirib.