logo

Kasım-Jomart Tokayev Türkiyəyə  rəsmi səfərə gəlir

19:50 03-05-2022 | icon 2632
Kasım-Jomart Tokayev Türkiyəyə  rəsmi səfərə gəlir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mayın 10-11-də Türkiyəyə dövlət səfəri planlaşdırılır.

YeniAvropa xəbər verir ki,, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti Prezidentin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın dövlət başçısının Türkiyəyə planlaşdırılan səfərinin ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələ olacağını bildirib.

Prezidentlər, həmçinin ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, ikitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.