logo

Rusiya Ukraynanın Odessa hava limanını bombalayıb

20:10 30-04-2022 | icon 3654
Rusiya Ukraynanın Odessa hava limanını bombalayıb

Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Raket Odessa aeroportunun eniş zolağına düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə “Cənub” operativ komandanlığına istinadla Odessa şəhər sovetinin "Telegram" kanalı məlumat yayıb.

Raket zərbəsi nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib və istifadəyə yararsız vəziyyətə düşüb.