logo

Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir

10:50 30-04-2022 | icon 4977
Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir

Mayın 1-dən Azərbaycanda tibbi maska tələbi ləğv edilir.

 YeniAvropa xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də müvafiq qərar qəbul edib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur.

Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.