logo

Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxdu

17:13 29-04-2022 | icon 4466
Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 744 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 105 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 731, bu günə qədər isə ümumilikdə 6 milyon 811 min 382 test icra olunub.