logo

Rusiyada keçirilməsi planlaşdırılan Ümumdünya Yay Universiadası təxirə salınıb

14:54 29-04-2022 | icon 2359
Rusiyada keçirilməsi planlaşdırılan Ümumdünya Yay Universiadası təxirə salınıb

Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi 2023-cü ildə Yekaterinburqda keçirilməsi nəzərdə tutulan Ümumdünya Yay Universiadasını təxirə salıb.

YeniAvropa xəbər verir ki, bu barədə FISU-nun mətbuat xidməti məlumat yayıb.

Universiada 2023-cü il avqustun 7-dən 19-dək keçirilməli idi.

Bundan əvvəl FISU Yekaterinburq şəhərini 2022-ci ilin sentyabrına planlaşdırılan Ümumdünya Döyüş Sənəti Oyunlarına ev sahibliyi etmək hüququndan məhrum edib. Yarışlar Türkiyənin Samsun şəhərində keçiriləcək. Həmçinin Rusiyada tələbələrin iki dünya çempionatı (Kazanda reqbi və Moskvada pauerliftinq) da ləğv edilib.

FISU-nun icraiyyə komitəsinin Yekaterinburqda keçirilməsi planlaşdırılan iclası noyabrın 10-12-də Brüsseldə təşkil ediləcək. Həmin iclasda 2027-ci ildə keçiriləcək Universiadanın ev sahibi seçiləcək.

Qeyd edək ki, martın 12-də FİSU Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb.