logo

"AZAL" Naxçıvan-Gəncə  aviareyslərinə başlayır

10:50 29-04-2022 | icon 2842
"AZAL" Naxçıvan-Gəncə  aviareyslərinə başlayır

“Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkəti Naxçıvandan Gəncəyə və əks istiqamətə reyslər açır.

"AZAL"dan YeniAvropa-ya bildirilib ki, mayın 6-dan başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Baqaj (23 kiloqrama qədər) və əl yükü (10 kiloqrama qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.

Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin “www.azal.az” rəsmi saytında təqdim olunacaq.

Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri, həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.

Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.