logo

Goranboyda zəlzələ olub

22:52 28-04-2022 | icon 1680
Goranboyda zəlzələ olub

Goranboy rayonunda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Gəncə stansiyasından 40 km cənub-şərqdə Goranboy rayonunda qeydə alınıb.

Təbii hadisə 3 maqnitudada baş verib, zəlzələ ocağı 17 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.